İsraildə MÜHARİBƏ QORXUSU...

Baxış sayı:
4906

Keçirilən sorğuya əsasən, İsraillilərin 52 faizi ölkələrinin yaxın gələcəkdə müharibəyə daxil olacağına inanır.
 
İsraildə keçirilən sorğuya görə, əhalinin yarısından çoxu Suriyadakı son hadisələr və İran ilə artan gərginlik səbəbindən ölkələrinin yaxın gələcəkdə müharibəyə daxil olacağına inanır.
Mərkəzi Təl-Əvivdə olan “Maariv” qəzetindəki xəbərə görə, xüsusi sorğu şirkəti tərəfindən aparılan ictimaiyyət rəy yoxlamasında İsraillilərin 52 faizi ölkələrinin yaxın bir zamanda müharibəyə başlayacağına inandığını ortaya qoyub.
“Panels Politics" adlı qurum, apardığı son rəy yoxlamasının nəticələrini paylaşıb.
Anketə görə, iştirakçıların 18 faizi İsrailin "həqiqi bir təhlükəylə qarşı-qarşıya" olduğunu düşünür.
İştirakçıların 34 faizi İsrailə yönəlik təhdidin İran, Həmas və Hizbullahdan gəldiyini irəli sürərkən, "Yaxın gələcəkdə müharibə olacağına inanırsınızmı" sualına isə 52 faiz sorğu iştirakçısı “bəli” cavabını verib.
Digər tərəfdən, iştirakçıların 32 fazi bahalıq və iqtisadi çətinliklərin İsrailin ən böyük problemi olduğunu bildirərkən, dövlət sektorundakı korrupsiyanın da İsrailin ən mühüm problemi olduğunu dilə gətirənlərin nisbəti isə 22 faiz olduğu bildirilib.
Qeyd edək ki, Xüms şəhərindəki T-4 hava bazasına 9 apreldə təşkil olunan hava hücumunda 2-si əsgər, 5-i milis olmaqla, toplam 7 İranlı ölmüşdü və Rusiya və İran hücumla bağlı İsraili günahlandırmışdı. İrandan gələn "cavab veriləcək" açıqlamalarından sonra yerli mətbuat, İsrail ordusunun Suriya sərhədində yerləşən işğal altındakı Qolan təpələrində hərbi tədbirlərini artırdığını və gələn ay ABŞ-ın Alyaska ştatında keçiriləcək hərbi təlimlərə İsrail Hava Qüvvələrinin döyüş təyyarəsi göndərməyəcəyini yazmışdı.
İsrail Ordusunun sözçüsü, Alyaskadakı təlimə dair verdiyi yazılı açıqlamada, "Hava Qüvvələri təlimlərə qatılacağıq, ancaq təyyarələrin göndərilməməsi Hava Qüvvələri vəziyyət qiymətləndirmələrinə görə nizamlanmışdır" deyə bildirilib. Bu açıqlama bir daha göstərir ki, İsrail İranın cavab hücumundan əndişəlidir və bu baxımdan təyyarələrinə ABŞ-a göndərməkdə ehtiyat edir.

Müxalifət.az