İsraildə həyəcan! ORDU “HAZIR” VƏZİYYƏTƏ GƏTİRİLDİ

Baxış sayı:
5317

İsrailin təhlükəsizlik qüvvələrinin, “Nekbe”nin 70-ci ildönümü və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz üçün sabahdan etibarən keçirilməsi planlaşdırılan nümayişlər səbəbindən həyəcan vəziyyətinə keçirildiyi bildirilib
 
İsrail mətbuatında yer alan xəbərlərə görə, sabah və çərşənbə günü Fələstinlilər tərəfindən keçiriləcək etiraz aksiyaları ilə əlaqədar İsrail ordusu və hüquq-mühafizə orqanları yüksək həyəcan vəziyyətinə keçirilib.
Xəbərlərdə İsrail ordusunun işğal altındakı Qərbi Şeria və mühasirə altındakı Qəzza Zolağı ətrafında yer alan hərbi qüvvələrin sayının iki dəfə artırılması istiqamətində hazırlıqlar gördüyü qeyd olunub.
 
GAZZƏLİLƏRƏ TƏHDİD BİLDİRİŞLƏRİ
 
Anadolu Agentliyinin bildirdiyinə görə, İsrail ordusuna məxsus təyyarələrdən Qəzzanın müxtəlif bölgələrinə atılan bildirişlərdə, "Fələstinlilərin, sərhəddəki təhlükəsiz xəttə yanaşmaları vəziyyətində həyatlarını təhlükəyə atacaqları" qeyd olunub.
İsrail Ordusunun sözçüsü Avichay Adraeenin sosial media hesabı Facebook üzərindən də dərc etdirdiyi və "Qərar verəcək olan sizsiniz" sərlövhəli bildirişlərdə, "Həyatınızın təhlükəsizliyi üçün təhlükəsiz xəttə yaxınlaşmayın, boş yerə həyatınızı təhlükəyə atmayın" kimi ifadələr yer alıb.
Müxalifət.az