İsraildə Ermənistan səfirliyi açılır

Baxış sayı:
422

İsrail Xarici İşlər Nazirliyi (XİN) Ermənistan hökumətinin İsraildə səfirlik açmaq qərarını alqışlayıb.

Virtualaz.org bildirir ki, İsrail XİN-in yaydığı rəsmi açıqlamada belə deyilir.

İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: “Bu qərar son bir ildə diplomatik münasibətlərimizdə əhəmiyyətli irəliləyiş olduğunu göstərir”.

Vurğulanır ki, səfirliyin açılışı ölkələr arasında ikitərəfli münasibətlərdə yeni və əhəmiyyətli mərhələ olacaq.

"Əminik ki, bu, iki xalq arasındakı dostluğu və dövlətlər arasında bütün sahələrdə əməkdaşlığı daha da möhkəmləndirəcək", - deyə XİN-dən bəyan ediblər.