“İsraildə “aparteid” rejimidir” – Nelson Mandelanın nəvəsindən sərt sözlər

Baxış sayı:
4855

Cənub Afrikanın əfsanəvi lideri Nelson Mandelanın nəvəsi Zwelivelile Mandela İsrail rejimini "apartheid" olaraq xarakterizə edib. Mandela Təl Əviv rəhbərliyinin Milli Dövlət Qanunuyla da qanuni ayrı-seçkilikçilik etdiyini ifadə edib.
 
Cənub Afrika Respublikasının əfsanəvi lideri Nelson Mandelanın nəvəsi millət vəkili Zwelivelile Mandela İsrailin tətbiq etdiyi ayrı-seçkilik siyasətin indiyə qədər gördüyü ən pis "apartheid" forması olduğunu söyləyib. İngiltərənin paytaxtı Londonda təşkil edilən Fələstin Sərgisində çıxış edən Mandela, İsrailin Cənub Afrikada zəncilərə tətbiq olunan apartheidın eyni xarakterik xüsusiyyətlərini daşıdığını ifadə edib.
 
QANUNİ AYRI-SEÇKİLİK
 
Təl Əviv rəhbərliyinin 2018-də qəbul etdiyi İsraili Yəhudilərin ana vətəni olaraq müəyyən edən Milli Dövlət Qanununun İsrailin gerçək xarakterini bir daha ortaya qoyduğunu söyləyən Mandela, "İsrail apartheid bir rejimdir"deyib. Mandela "Apartheid İsrail bu qanunla bu torpaqlarda doğulan, ancaq Yəhudi olmayanları ikinci sinif vətəndaş olaraq tanıyaraq qanuni ayrı-seçkilik etməkdədir" deyib.
 
Apartheid nədir?
 
1948 ildən sonra Cənub Afrikada Milli Partiyanın iqtidara gəlməsiylə başlayan Apartheid Rejim, təşkilatlanaraq irəliləyən və irqi ayrı-seçkiliyə söykənən bir rejim idi. Apartheid Rejim 1990-cı illərə qədər davam etmişdir.
Müxalifət.az