İsrailə xəbərdarlıq: “Türkiyəni hədəf alan bunun altında qalar”

Baxış sayı:
5746

Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek İsrail ordusunun, mühasirə altındakı Qəzza Zolağında Anadolu Agentliyinin ofisinin də yerləşdiyi binanı vurmasını pisləyib.
 
ABŞ və İsrailin Şərqi Aralıq dənizində Türkiyəyə qarşı illərdir “Nemesis" və "Noble Dinə" təlimləri keçirdiyini ifadə edən Perinçek, "Amerika və İsrail donanmaları Türkiyəni təhdid edir. Enerji resurslarımızı Yunanıstan və Cənubi Kipr ilə birlikdə təhdid edirlər. İsrailin bu hücumu da bizim üçün təəccüblü deyil. Yəni onun harada olduğunu, hansı mövqedə olduğunu, ölkəmizə olan düşmənçiliyini bilirik. İsrail bizi bir daha xəbərdarlıq etmiş oldu bu hücumla, amma onu da qeyd edək ki, Türkiyəni hədəf alanlar, bunun altında qalar" deyə bildirib.
Müxalifət.az