İsrail və Səudiyyə Ərəbistanı BİRLİYİ İRANA QARŞI – YENİ ABŞ PLANI

İsrailin enerji naziri Steynitz, Tehrana qarşı Səudiyyə ilə birlikdə hərəkət etdiklərini bildirərək, bunun gizli saxlanılmasının Ərəblər tərəfindən tələb olunduğunu deyib.
 
Əzəli düşmənlər Səudiyyə Ərəbistanı və İranın Yaxın Şərqdəki bilək güləşi Livan üzərindən aparılarkən, İsraildən sürpriz bir açıqlama gəlib.
İsrail Ordusunun radiosuna danışan enerji naziri Yuval Steynitz, İrana qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiklərini söyləyərək, ər-Riyad və Təl-Əvivin gizli ünsiyyət halında olduğunu açıqlayıb.
Steynitz, ünsiyyətin nədən gizli saxlanıldığı istiqamətindəki suala, "Biz bir çox müsəlman və Ərəb ölkələri ilə qismən gizli əlaqələrimiz var və adətən bu əlaqədən utanan biz deyilik. Bu əlaqələrin gizli saxlanılmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət göstəririk. Bu səbəblə gizli tuturuq" sözləri ilə cavab verib.
İsrail baş qərargah rəisi Gadi Eisenkot da, keçən həftə “Səud İlaf” qəzetinə verdiyi müsahibədə, "İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil Ərəb ölkələri ilə təcrübə və kəşfiyyat sahəsində bölüşməyə hazırıq" demişdi. Bir Səudiyyə Ərəbistanı qəzetinə müsahibə verən ilk İsrail baş qərargah rəisi olan Eisenkot, yeni planın ABŞ prezidenti Donald Tramp tərəfindən meydançaya sürüldüyünü də əlavə etmişdi.
Təl-Əviv və ər-Riyad rəhbərlikləri, İrana qarşı birgə narahatçılıqları bölüşür və Tehranın Suriya və İraqda istədiyini əldə etməsi regionda yeni tənliklərin müjdəçisi olduğu gerçəyini qəbul edirlər.
 
 İrana qarşı toplandılar
 
Ərəb Birliyi xarici işlər nazirlərini növbədənkənar gündəmlə toplayan Səudiyyə Ərəbistanı, İranın təcavüzünə biganə qalmayacağını rəsmən elan edib.
Livanın baş naziri Səad Həririnin Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda istefa etməsi ilə gərginliyin zirvəyə çıxdığı bölgədəki son vəziyyəti dəyərləndirən xarici işlər naziri Adil əl Səid İbni Cübeyr, İranı pislədiklərini bildirərək lazım olanda milli təhlükəsizliklərini qorumaqda tərəddüd etməyəcəklərini bildirib.
Müxalifət.az