​İsrail və Misir Türkiyə təyyarələrinin enməsinə İCAZƏ VERMƏDİ

Baxış sayı:
7630

Türkiyə: “İsrail ilə Misir yardım təyyarələrinin enməsinə izin vermir”
 
Muxalifət.az xəbər verir ki, Türkiyənin baş nazirinin müavini Recep Akdağ Qəzzada yaralanana fələstinlilərin müalicə olunması üçün onların Türkiyəyə gətirilməsini planlaşdırdıqlarını bildirib. Lakin İsrail ilə Misir dövlətlərinin türk təyyarələrinə izin vermədiklərini bildirib: “Mübarək ramazan ayının başlandığı günlərdə İsrail fələsinli müsəlmanlara qarşı ABŞ-ın da dəstəyini alaraq, bir terror dövləti kimi hərəkət edib. Gələn xəbərlərə görə, 60 nəfərə yaxın şəhid və 2000 nəfərə yaxın yaralı var. İslam dünyası başda olmaqla, azad dünya bu zülmə “dayan” demədikcə, İsrail ABŞ-a arxalanaraq buna davam edəcək. Zülm ilə abad olanın axırı bərbad olur”.
 
Fövqəladə hallar üzrə də məsul olan baş nazir müavini Akdağ prezident R.T.Ərdoğan və baş nazir Binəli Yıldırımın təlimatları ilə Fələstində yaralananları Türkiyəyə aparıb müalicə eləmək istədiklərini qeyd edib.
Akda Təbii Fəlakət və Fövqəladə Vəziyyət Nazirliyi (AFAD) ilə Baş Qərargahın təyyarələrinin hazır gözlədiklərini, lakin İsrail ilə Misir dövlətlərinin təyyarələrin gəlməsinə icazə vermədiklərini, bu məsələ ilə bağlı Dünya Səhiyyə Təşkilatından da dəstək istədiklərini bildirib.
Akdağ Türkiyə XİN idarəsinin BMT ilə bu iki ölkə arasında diplomatik danışıqları davam etdirdiyini də bildirib və deyib: “Ən azı ümid edirəm ki, insanlıqlarını hələ itirməyiblər və oradakı yaralıların Türkiyəyə gətirilməsinə imkan verəcəklər. Bir daha buradan bütün dünyaya səslənirəm: bu zülmə artıq “dayan!” deməlisiniz”./Hurriyyet.org