​İsrail Ukraynadan bu sistemləri aldı – S-300-lərə görə

Baxış sayı:
6964

Ukrayna İsrailə “Kolçuqa-M” radiotexniki mobil kəşfiyyat stansiyası verib.
Muxalifet.az  xəbər verir ki, bu barədə “Defence-blog.com” saytı məlumat yayıb. Bildirilib ki, Kiyevlə bu sistemlərin alınması üçün müqaviləni İsrailin “Eyrsom” şirkəti imzalayıb. Yeni stansiyanın İsrail Hərbi Hava Qüvvələrinin hərbi təlim zamanı istifadə edəcəyi açıqlanıb.
Mətbuat məhz bu stansiyanın sayəsində İsrailin Suriyada İran raketlərinin yerləşdiyi əraziləri və S-300-ləri nəzarətdə saxlaya biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Kolçuqa-M” 800 kilometr məsafədəki hədəfləri müəyyən edə və eyni anda 200 hədəfi izləyə bilir. Bu stansiya Ukraynanın silahlanmasına 2001-ci ildə qəbul edilib. Bu stansiyların fərqli modifikasiyalı modelləri, həmçinin, Vyetnam, Gürcüstan, Türkmənistan, Azərbaycan, Efiopiya və Çin ordularında var.