​İsrail Türkiyəyə qarşı embarqo TƏTBİQ ETDİ

Baxış sayı:
4747

İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İsrailin kənd təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədəki səhifəsindən bildirib.
“Türkiyəyə dəstək olmayacağıq”, - nazir yazıb.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.
Türkiyə İsrailin hərəkətlərinə etiraz olaraq İsrailin Ankaradakı səfirini və İstanbuldakı baş konsulunu ölkəsinə göndərib.