​İsrail tuneli havaya uçurdu - 5 NƏFƏR HƏLAK OLDU

Muxalifət.az xəbər verir ki, İsrailin Qəzza sərhədi yaxınlığındakı bir tuneli havaya uçurması nəticəsində 5 nəfər fələstinli həlak olub.
Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kudra, mətbuata açıqlamasında bildirib ki, İsrail Qəzza sərhədinə yaxın bölgədəki Deyr əl Bəlah şəhərinin şərqindəki bir tuneli hədəfə alıb: “Xilasedicilər, tunelin dağıntıları altından 5 nəfər fələstinlinin nəşini çıxarıblar”.
Kudra yaralıların xəstəxanaya çatdırıldığını söyləsə də, onların sayının nə qədər olduğunu açıqlamayıb.
İsrailin Müdafiə Nazirliyinin mətbuat katibi Aviçay Adraee isə yazılı bəyanatında, Qəzza ətrafındakı bir tunelin məhv edildiyini bildirmişdi.