​İsrail tankları hücuma keçdi – Qəzzada döyüş

Baxış sayı:
5425

İsrail tankları Qəzzada fələstinli döyüşçülərin postuna hücum edib.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fələstinlilər bir müddət əvvəl İsrail ordusuna atəş açıblar. Tankların hücumu buna cavabdır.
Media iki fələstinlinin həlak olduğunu yazıb.
Qeyd edək ki, son zamanlar İsrail ilə Fələstinin “Həmas” hərəkatı arasında razılaşmanın mümkünlüyü haqqında məlumatlar yayılır. İsrail tanklarının hücumu bu məlumatlar fonunda diqqət çəkir.