​İsrail: Suriyanın müdafiə sistemlərini MƏHV ETDİK

Baxış sayı:
2347

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Suriya hava hücumundan müdafiə sistemlərinin yarısını sıradan çıxardığını düşünür.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi İsrail ordusundakı mənbəsinə istinadən yayıb.
“Bizim ilkin məlumatımıza görə, Suriyanın hava hücumundan müdafiəsinin 50%-i məhv edilib. Biz bu rəqəmləri bir daha yoxlayacağıq”, – deyə mənbə bildirib.
Qeyd edək ki, şənbə günü bir hərbi təyyarəsinin vurulmasına cavab olaraq İsrail Suriyanın Palmira, Dəməşq şəhərindəki hərbi obyektlərini, eləcə də İrana məxsus hərbi bölmələri bombardman etmişdi.