İsrail Suriyanı vurdu

Baxış sayı:
3055

İsrail döyüş təyyarələrinin Suriyanın Xama şəhərini vurduğu bildirilib.
 
Suriya yerli resursları, İsrail ordusuna aid döyüş təyyarələrinin, Əsəd rejiminin Xama yaxınlığında yerləşən Vadi el-Uyun ərazisində yerləşən mövqelərinə hava hücumu təşkil etdiyini bildirib. Hücumda 3 əsgərin yaralandığı qeyd olunub. Bununla yanaşı, Suriyanın hava müdafiə sistemlərinin də, İsrail təyyarələrinin atdığı bir neçə raketi məhv etdiyi bildirilib.
Müxalifət.az