​İsrail Suriyanı bombalayıb: ölənlər var

Baxış sayı:
5605

Suriyanın Həma şəhərində aeroportun yerləşdiyi rayonda dördə yaxın güclü partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayışlardan biri İsrail hava qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində baş verib.Zərbə aeroport ərazisində olan İranın “Bavar-373” səyyar zenit-raket kompleksinə tuş gəlib.
Telekanalın mənbəyi, prezident Bəşər Əsədin aeroport ərazisində olan helikopterlərin Həmaya təxliyə edilməsinə göstəriş verdiyini bildirib.
Londonda qərarlaşan Suriya insan haqları müşahidə qrupu partlayışların avizərbələr nəticəsində baş verdiyini açıqlayıb.
Agentliyin məlumatına görə, partlayışlar nəticəsində 11 suriyalı həlak olub.