​İsrail Suriyanı BOMBALADI

İsrail ordusu Suriyaya hava hücumları təşkil edib.
Muxalifət.az xəbər verir ki, orduya aid qırıcı təyyarələr Livanın hava sərhədlərini qanunsuz olaraq pozub və Suriyaya daxil olub.
Bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb. Adının açıqlanmasını istəməyən bir livanlı səlahiyyətli şəxs İsrail təyyarələrinin Suriya sərhədində yerləşən Ras Balbek və Əl-Fakiha qəsəbələri üzərində alçaq uçuşlar həyata keçirdiyini bildirib. Uçuşlardan sonra bölgədə güclü partlayış səsləri eşidilib. Suriya ordusu bu hücumlara cavabsız qalmayıb və zenit batareyaları ilə hücumlara qarşılıq verib.
İsrail ordusundan hücumlarla bağlı hər hansı açıqlama verilməyib./publika/