“İsrail Suriyada müharibənin bitməsini istəmir” – Beynəlxalq ekspert

Baxış sayı:
5413

Türkiyənin “Yeniakit” qəzetinə açıqlama verən İstanbul İnkişaf Universiteti Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Məhəmməd Adil, "Sionist güclərin əsas hədəfi Suriyaya sülhün olmaması və müharibənin davam etməsini təmin etməkdir. İdlib əslində yalnız bir oyundur" deyib.
 
İdlibdə yaşananların bir oyun olduğunu deyən Adil, "Suriya məsələsində nə vaxt siyasi həll yaxınlaşsa, eyni hadisələr yaşanır. Türkiyə, İran və Rusiya konkret nəticəyə yaxınlaşdığı anda çətinliklər baş verir" deyə söyləyib.
İdlibdə döyüşən qrupları Əl Nusra və Səudiyyə Ərəbistanı kimi, ABŞ və sionist güclərin də dəstəklədiyinə diqqət çəkən Adil, bunları söyləyib:
"İdlibdə döyüşün davam etməsini istəyirlər. Yetər ki, Türkiyə, İran və Rusiya bir həll prosesi ortaya qoya bilməsinlər”.
"İdlibdə döyüşlər davam etdiyi müddətcə Türkiyə enerji itirir" deyən Adil, sözlərinə belə davam edib:
"Türkiyəyə yeni bir mühacir köçü yaşana bilər. İdlibdə döyüş davam etdiyi müddətcə Türkiyə-Rusiya arasındakı əlaqələr gərilir. Eyni zamanda, kiçik də olsa, Ankara və Tehran arasında da problemlər yaşanır. Sionist güclərin əsas hədəfi Suriyada sülhün baş tutması və döyüşün davam etməsini təmin etməkdir".
Müxalifət.az