​İsrail Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirəcək

Baxış sayı:
5407

İsrailin hərbi-siyasi kabineti orduya rusiyalı həmkarlarla koordinasiyanı qorumaqla Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirmək əmri verib.
RİA “Novosti” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin iclasının yekununda verilən bəyanatda deyilir.
Kabinet Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus "İl-20" təyyarəsinin Latakiya bölgəsində vurulmasından sonra Rusiya ilə münasibətlərin mürəkkəblişməsi ilə bağlı vəziyyəti müzakirə edib.