İsrail Soçi ZİRVƏSİNDƏN MƏMNUN DEYİL

İsrail müdafiə naziri Liberman, Türkiyə, İran və Rusiyanın həyata keçirdiyi zirvə görüşünün uğursuz olduğunu bəyan edib.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İran və Rusiya prezidentləri Soçidə bir araya gələrək Suriyada baş verənləri müzakirə edib.
İllərdir davam edən vətəndaş müharibəsinin sona çatdırılması və ölkədə əmin-amanlıq mühitinin təmin edilməsi üçün həyata keçirilən bu sammit, İsraili narahat edib.
 
UĞURLU KEÇMƏDİ
 
İsrail müdafiə naziri Aviqdor Liberman "Verilən xəbərlərə baxanda bu müzakirənin uğurlu keçmədiyi görsənir” deyə, Soçi zirvəsinin nəticələrinə münasibət bildirib.
 
 YENİ BİR DÖVLƏT İSTƏYİRLƏR
 
Suriyada terror təşkilatı PKK-nın uzantılarına açıq bir şəkildə dəstək verən İsrail, Bərzani rəhbərliyinin qondarma referendumunu da dəstəkləyərək bölgədə yeni bir dövlət qurulması lazım olduğunu açıqlamışdı.
Soçi Sammiti regionda yeni bir dövlət qurmaq səyi içərisində olan İsrailin hədəfini də əngəlləmiş oldu. Bu baxımdan, İsrailin müdafiə naziri Libermanın Soçi zirvəsindən məmnun qalmaması başa düşüləndir.
Müxalifət.az