"İsrail "şiə dəhlizi"nin yaranmasına imkan verməyəcək" - LİBERMAN

"İsrail İran və Suriya arasında dəhlizin yaranmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək".
 
TASS xəbər verir ki, bunu İsrailın müdafiə naziri Aviqdor Liberman deyib.
“Biz İsrail olaraq Tehran və Dəməşq arasında “şiə dəhlizi”nin yaranmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Düşmənlərimizə İsrailin təhlükəsizliyinə zərər vermək imkanı yaratmamaqda qərarlıyıq”, - deyə Liberman vurğulayıb.
Qeyd edək ki, cümə axşamı hava aviazərbələri nəticəsində iki Suriya hərbçisi qətlə yetirilib.
Suriya Silahlı Qüvvələrinin Komandanlığı iddia edir ki, İsrail təyyarələri Livan ərazisindən Suriya ordusunun Masyaf şəhərində yerləşən mövqelərinə zərbələr endirib. İsrailin müdafiə naziri bu faktı nə təsdiq, nə təkzib edib.
"2011-ci ilin yazında Suriyada vətəndaş müharibəsi başlayandan hər gün nəsə partlayır, nəsə yanır, mərmilər uçur, bombalar düşür... Bu Suriyadaxili problemlərdir. İsrail öz başına macəralar axtarmır, biz münaqişəyə qarışmırıq, bizə Suriya ilə müharibə lazım deyil", - deyə müdafiə naziri əlavə edib.