İsrail əsgərləri atəş açdı: 37 ŞƏHİD!

Baxış sayı:
6277

ABŞ prezidenti Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıma qərarından sonra Təl-Əvivdəki ABŞ səfirliyi bu gün Qüdsə köçürülür. İsrail əsgərləri, mühasirə altındakı Qəzza sərhədində keçirilən etiraz aksiyalarında 37 Fələstinlini şəhid edib, 1700 Fələstinli də yaralanıb.
 
Fələstin Hökuməti, beynəlxalq ictimaiyyətə müraciət edərək İsrailin Qəzza Zolağında davam etdirdiyi qırğını dayandırmasını istəyib. Fələstin Hökumətinin sözçüsü Yusif əl-Sadiq tərəfindən edilən yazılı açıqlamada, "Ərəb və İslam hökumətləri ilə dost ölkələrə Qəzzada İsrail tərəfindən axıdılan qanı dayandırılması üçün hər cür səy göstərmələrinə, İsrail işğal gücü ilə mübarizəsində Fələstin rəhbərliyinin yanında yer almalarına dəvət edirik" deyilib.
Açıqlamada, İsrailin qırğınlarının dayandırılması üçün bütün dünyanın gecikmədən dövrəyə girməsi və Fələstin xalqının beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunması çağırışı edilib.
Qəzza Zolağı sərhədində keçirilən aksiyalarda İsrail əsgərləri tərəfindən şəhid edilən Fələstinli sayı 37-yə yüksələrkən, 1700 nəfərin də yaralandığı açıqlanıb.
Müxalifət.az