İsrail səfirliyi qarşısında etiraz aksiyası – 20 NƏFƏR SAXLANILDI

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
 
Aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı tərəfindən təşkil olunub.
Mitinqdə təxminən 50-ə yaxın etirazçı iştirak edib. Aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndirib. 
Aksiya zamanı 20-dən çox insan həbs edilib.
Həbs edilən şəxslərin Yasamal rayon 27-ci polis bölməsinə aparılıb. Hazırda saxlanılan şəxslərin izahatları alınır.