​İsrail səfiri Rusiya XİN-ə dəvət olundu

Baxış sayı:
2920

Rusiya Xarici İşlər Nazirliyi bu gün İsrailin səfirini görüşə dəvət edib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Onun sözlərinə görə, səfirlə görüşdə bütün aktual məsələlər, o cümlədən Suriya bazasının atəşə tutulması müzakirə olunacaq.
Bununla yanaşı, diplomat deyib ki, Moskva ABŞ-ın Suriyaya zərbələrin ağır fəsadları barədə bəyanatlarının nəzərə alacağına ümid edir.
Onun sözlərinə görə, Suriyada Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.