​İsrail səfiri Rusiya XİN-ə çağırıldı

Baxış sayı:
4957

İsrailin Moskvadakı səfiri Harri Koren Rusiya XİN-ə çağırılıb. Muxalifet.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu, Aralıq dənizinin üzərində Rusiyanın “İl-20” hərbi təyyarəsinin vurulması ilə bağlıdır. Xatırladaq ki, Suriya ordusu S-200 kompleksindən səhvən Rusiya təyyarəsini vurub. Nəticədə, 15 hərbçi həlak olub. Rusiya MN baş vermiş hadisəyə İsrailin “F-16” hərbi təyyarələrinin təxribatçı hərəkətlərinin səbəb olduğunu bildirib.