​İsrail "S-400"lərə qarşı yeni sistem qurur

İsrailin müdafiə sənayesi şirkəti Rusiyanın uzaqmənzilli "S-400" hava hücumundan müdafiə sistemi raketlərini təsirsiz hala gətirən yeni elektronik silah icad edib.
Muxalifet.az xəbər verir ki, şirkətin "AIR EW" sistemi hədəfi saptırma prinsipi ilə işləyir."Rafael" şirkəti isə "S-400"lərə qarşı tam üç növ silah istehsal etdiyini açıqlayıb. "Sky Shielo", "Lite Shielo" və "X Guard" adlı sistemlər haqqındaa video çarx yayımlayıb. Şirkətdən verilən açıqlamada deyilir:
""Sky Shielo" sistemi uzunmənzilli hava hücumundan müdafiə sistemlərinə qarşıdır. Hərbi qırıcıya yerləşdirilən sistem düşmən radarında minlərlə yalançı hədəf yaradır.
"Lite Shielo" isə qısamənzilli hava hücumundan müdafiə sisteminə qarşı istifadə ediləcək. "X-Guard" isə bombardmançı qırıcıların arxasında polad qalxanla daşınacaq və atılan raketləri özünə çəkəcək".