​İSRAİL RUSİYANIN SURİYAYA S-300 SİSTEMLƏRİ VERMƏSİNƏ QARŞIDIR

Baxış sayı:
2917

Muxalifət.az xəbər verir ki, İsrailin keçmiş müdafiə naziri Moşe Yaalon “RİA Novosti”nin müxbirinə müsahibəsində ölkəsinin Suriyanın S-300 raket komplekslərinə sahib olmaq istəmədiyini və Rusiya ilə qarşılıqlı təsir kanalları vasitəsilə buna mane olmağa çalışdığını deyib.
Rusiyanın Suriyaya S-300 “Favorit” hava hücumundan müdafiə sistemlərini verməsi barəsində xəbərini şərh edərkən deyib: “Əlbəttə, bu bizim xoşumuza gəlmir. Biz bilirik ki, Suriyanın Hava Hücumundan Müdafiəsi sovet və ya Rusiya istehsalı olan S-75, S-200, “Buk”, “Pansir” sistemləri ilə təmin edilib.
S-300 – daha qüdrətli sistemdir və onun varlığı bizim ürəyimizcə deyil. Biz Suriyada mövcud olan bütün Hava Hücumundan Müdafiə sistemlərini dəf eləməyə qadirik, indi isə S-300 sistemlərinin də öhdəsindən gəlməyə hazır olacağıq”.
Onun sözlərinə görə, Tel-Əviv bu raket komplekslərinin “suriyalıların əlinə düşməsini” istəmir və əvvəllər bu cür məsələlər meydana çıxanda, İsrail tərəfi öz kanalları ilə Rusiya rəhbərliyi ilə müzakirə aparırdı. Keçmiş nazir deyib: “Zənimcə, indi də Rusiya rəhbərliyi bizim hakimiyyətdən narazılıq siqnalları alıb”.
Onun xələfi Aviqdor Liberman dəfələrlə S-300 sistemlərini məhv eləməklə təhdid edib.
S-300 raket sistemlərinin Suriyaya verilməsi söhbətləri hələ 2010-cu ildən bəri gedir. Lakin bəzi mənbələrin fikrincə, iki ölkə arasında müqavilə İsrailin istəyi ilə baş tutmayıb. Yerusəlim Rusiyanın verdiyi raket-zenit kompleksinin demək olar ki, bütün İsrail hava məkanını bağlaya biləcəyindən narahat olub./Hurriyyet./