İsrail Rusiya İHA-sını VURDU

 İsrail ordusu, işğal altında saxlanılan Qolan təpələrində Rusiya istehsalı olan bir insansız hava vasitəsini (Pilotsuz Uçan Aparat) vurduğunu bəyan edib.
 
İsrail, tez-tez hücum təşkil etdiyi Suriya sərhəddindəki Qolan təpələrində bir insansız hava vasitəsini vurduğunu bəyan edib. İsrail ordusunun sözçüsü podpolkovnik Conatan Conricus, Rusiya istehsalı olan avadanlığın Suriya rejiminə aid olduğunu da deyib. “Haaretz” qəzeti, insansız hava vasitəsinin Amerikan istehsalı “Patriot” raket sistemi ilə vurulduğunu bildirib.

Müxalifət.az