İSRAİL-RUSİYA GÖRÜŞÜNÜN ŞİFRƏLƏRİ - TƏHLİL

Baxış sayı:
8878

İran İnqilab Keşikçilərinin komandanı Qasım Süleymanı ötən həftə Bəşər Əsədi apar topar alıb, İrana aparmışdı. Dini lider Xamneyi və İran prezidenti Həsən Ruhani ilə aparılan danışıqlardan Ruhani son anda xəbərdar edilmiş, İranın xarici işlər naziri Cavad Zərifə isə heç bir şəkildə xəbər verilməmişdi. Zərifin istefa qərarında da bunun təsiri vardı.
 
 İran Əsədlə verdiyi bu pozayla Ruslara, eyni zamanda İsrailə də bir mesaj göndərmiş oldu.
Çünki Əsədin Tehran ziyarətindən dərhal sonra İsrailin baş naziri Netanyahu Moskvada Putin ilə bir araya gəldi.
Rusiya ilə İranın Suriyadakı fərqli cəbhələşməsində gəlinən son pərdə məhz bu nöqtədir.
Rusiya Suriyada lazım gələrsə, sentyabr ayında təyyarəsinin düşürülməsi böhranında qarşı-qarşıya gəldiyi İsraillə birgə hərəkət etməyi də qəbul edə bilir.
İran isə bunun fərqinə varır varmaz, Əsədi öz tərəfinə çəkir.
Bu aktyorlar arasında İran ilə İsrail yanaşı gəlmir. Rusiya isə hər ikisilə də təmasdadır.
Bundan başqa, Moskvaya görə, Türkiyə ilə qurulan ittifaqlar da İranla Əsədin heç xoşuna gəlmir.
 
RUSLAR ÜÇÜN ƏSƏDİN ALTERNATİVİ VAR
 
 Bu baxımdan, Bəşər Əsədin İranla yaxınlığı bir daha təsdiq olunmuş oldu. Rusiyanın isə Suriyadakı dəyişiklik prosesində kartını Əsəddən yana istifadə etməyəcəyi hiss olunur. General-mayor Həsən Süheyl bu gün hər nə qədər siyasi fiqur olmasa da, gələcəkdə siyasi liderlik postuna hazırlanan bir şəxsdir. Əsədin yerinə keçib keçməyəcəyi bilinmir, amma Ruslar ən azından Suriyadakı tam təşəkkül tapacaq bir hərbi quruculuğun böyük hissəsini Süheyl vasitəsilə nəzarət altında saxlayacaqlarını hesab edirlər.
 
ABŞ DA ƏSƏDİ SIXIŞDIRIR
 
 Bu arada ABŞ-ın da Bəşər Əsədə qarşı təzyiqlərini artırdığı söylənir. BƏƏ bir müddət əvvəl Dəməşqdəki səfirliyini 8 il aradan sonra yenidən açdı. ABŞ-ın göstərişilə BƏƏ səfirinin Şamdan ayrıldığı irəli sürülür.
ABŞ-ın bundan başqa, Misir XİN rəhbərliyinə "Əsədi Ərəb Birliyinə dəvət etməyin" ultimatumu verdiyi məlum olub.
İraq sərhədini tutan PKK terror təşkilatı da İrandan Şama göndərilən başda təbii qaz olmaqla, heç bir malın girişinə icazə verilməməsi istiqamətində ABŞ tərəfindən tənbeh olunduğu bildirilib.
Bu prosesləri şərh edənlər ABŞ-ın Suriyadakı transformasiya prosesində İran nəzarətində bir rejimə heç vaxt imkan vermək istəmədiyinə diqqət çəkir.
Müxalifət.az