​İsrail Ər-Riyadla məxfi əlaqələrini təsdiqlədi

İsrail rəhbərliyi Səudiyyə Ərəbistanı ilə məxfi əlaqələrə sahib olduğunu təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Energetika naziri Yuval Ştaynits söyləyib.
“Biz nəyəsə görə utanası tərəf deyilik. Digər tərəf əlaqələrin gizli saxlanılmasında maraqlıdır. Biz problem görmürük və qarşı tərəfin istəyinə hörmətlə yanaşırıq. Biz İran təhlükəsinə qarşı əlaqələrimizi gücləndirmişik”, – deyə o bildirib.