İsrail qəzetində TÜRKİYƏ SEÇKİLƏRİ ANALİZİ

Baxış sayı:
2329

“Haaretz” qəzeti, müxalifətin bütün səylərinə baxmayaraq, prezident Ərdoğanın seçkilərdə qalib gəlməsinin zəmanətli olduğunu yazıb.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın MHP-nin sədri Dövlət Bağçalı ilə keçirdiyi görüşdən sonra seçkilərin erkən keçirilməsi üçün 24 iyuna çəkilməsini bildirməsindən sonra dünya ölkələri gözlərini Türkiyəyə çevirib.
Avropada nəşr edilən bir çox qəzet, Türkiyədə keçiriləcək seçkilərin nəbzini tutmağa başlayıb.
Seçkilərlə bağlı son analiz isə, İsraildə nəşr edilən “Haaretz” qəzetində Simon A. Waldmanın imzası ilə dərc olunub.
 
ƏRDOĞAN AĞILLI SİYASƏTÇİDİR
 
Dövlət başçısı Ərdoğanı “ağıllı bir siyasətçi" kimi səciyyələndirən Waldman, erkən seçki həmləsi qarşısında müxalifətin çarəsiz olduğunu yazıb.
 
 YENƏ QALİB OLACAQDI, AMMA İNDİ QƏLƏBƏ ZƏMANƏTLİDİR
 
İsrailli yazar, “Planlaşdırılan təqvimdən 17 ay əvvəl, 24 İyunda erkən Parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlamaq ağıllı bir gediş oldu. Ərdoğan və onun hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası o zaman da qalib olacaqdı, ancaq indi qələbə demək olar ki, zəmanətli oldu" deyə, qeyd edib.
Müxalifət.az