​İsrail Qüdsün əsas giriş qapısına MANEƏLƏR YERLƏŞDİRDİ

Baxış sayı:
3989

Muxalifət.az xəbər verir ki, İsrail polisi işğal altındakı Şərqi Qüdsün ətrafını sular əhatə edən Köhnə Şəhər bölgəsinin əsas girişi olan Şam qapısının qarşısına nümayiş keçirilməsinə əngəl olması üçün dəmir maneələr yerləşdirib.
Fələstinlilərə yerləşdirilən dəmir baryerlər arasında boş buraxılan bir dəhlizdən keçərək Məscidi Aksaya daxil olmağa icazə verilir. Çox sayda İsrail polisinin də Qüds və ətrafında yerləşdiyi müşahidə olunub.
Şərqi Qüdsü 1967-ci il iyunun 5-də işğal edən İsrail 1980-ci ildə birtərəfli şəkildə şəhərin şərqini və qərbini “birləşmiş paytax” elan edib.
BMT TŞ 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, İsrailin işğalını və paytaxt elanını qanunsuz hesab edib.
Bu il dekabrın 6-da ABŞ prezidenti Donald Tramp canlı yayımda ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanımasını bildirən qərarı imzaladıqdan sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.