İsrail Qüdsdə Türk istəmir

Baxış sayı:
7177

İsrailin Qüdsü ziyarət etmək istəyən Türklərə viza şərtlərini ağırlaşdıran qərarından sonra təpki göstərən Türk təşkilatlarının rəsmiləri, İsrail dövlətinin Qüdsdə Türk istəmədiyi məsələsində həmfikirdir.
 
İrsimiz Dərnəyinin rəhbəri Məhəmməd Dəmirçi, "Həm ziyarətçilər, həm də oranın yerli xalqını qorxudaraq Qüds və Məscid-i Aksa-nı yalnızlaşdırmaq istəyirlər. Dövlətimizdən bütün bu mane olma cəhdlərinə qarşı zəruri addımları atmasını gözləyirik. Müsəlmanların da hər nə şərtlərdə olursa olsun, Qüds və Məscid-i Aksa-nı tək buraxmaması və səfərlərdən imtina etməməsi lazımdır" deyib.
Dəmirçi, İsrail Daxili İşlər Nazirliyinin Qüdsü ziyarət edəcək Türk vətəndaşları üçün viza şərtlərini artırması haqqında suallarını cavablandırıb.
İsrailin Türkiyədəki turizm şirkətlərinə çox fərqli yollarla çətinlik yaratdığını deyən Dəmirçi, "Türkiyədən Qüdsə səfərlər xüsusən prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra artıb. Keçmiş illər qiymətləndirdikdə Türkiyədən Qüdsə səfərlərin artdığı açıqca görünür. Bu da İsraili son dərəcə narahat edir. Bu ilin avqust ayından bəri turizm şirkətləri bir çox çətinlik yaşayır. Xüsusilə, İslamı həssaslığı olan turizm rəhbərlərinə viza verilmir. Viza alanlar isə deportasiya edilərək uzun müddət ölkəyə daxil olmalarına icazə verilmir" deyə bildirib.
Müxalifət.az