​İsrail qırıcısı Rusiya təyyarəsinin arxasında gizlənib... - Deputat

Baxış sayı:
5857

İsrail qüvvələri İdlib razılaşmasını pozmaq üçün Rusiya təyyarəsini vurdu.
Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı deputat Safvan Kirbi deyib.
“Əvvəla, İl-20 təyyarəsi Rusiya hərbi qüvvələrinin Suriyanı tərk etmələri üçün vuruldu. İkincisi isə dünən Soçidə rus və türk liderlər arasında İdliblə bağlı razılaşma əldə edildi. İsrail təyyarəsi alçaqcasına rus təyyarəsinin arxasında gizlənərək onun vurulmasına şərait yaratdı”, - deyə Kirbi bildirib.