İsrail qadağan olunmuş silahla FƏLƏSTİNLİLƏRİ ÖLDÜRÜR

Baxış sayı:
2896

İsrailin cümə günündə keçirilən aksiyada jurnalist  Yasir Mürtecayı qadağan olunmuş silahla qətlə yetirildiyi məlum olub. Nasir Xəstəxanasının rəsmisi Viam Top, Murtecanın qarnından vurulmuş halda xəstəxanaya gətirildiyini, ancaq güllənin bədənin digər hissələrini də parçaladığını deyib. Top, "İsrail içəridə partlayan mərmilər kimi qadağan olunmuş silah işlədir" - deyib.
 
QADAĞAN OLUNMUŞ SİLAHDAN İSTİFADƏ EDİR
 
Nümayişlərin ilk günündən bəri dinc xalqı gerçək gülləylə vuran İsrail əsgərlərinin qadağan olunmuş silah və güllələrdən istifadə etdiyi bildirilir. Nasir Xəstəxanasının İctimaiyyətlə Əlaqələr üzrə direktoru Viam Top, İsrail güllələrinə hədəf olan jurnalist Yasir Murtecanın qarnına dəyən güllənin bədənin digər hissələrində də parçalanmalara səbəb olduğunu deyib. İsrail ordusunun beynəlxalq hüquqa zidd yasaq silahlar istifadə etdiyini vurğulayan Top, "İşğal gücü, xüsusilə də bədən içində partlayan mərmilər başda olmaqla, beynəlxalq qanunlarla qadağan olunmuş silah və inventarlardan istifadə edir" deyə, söyləyib.
Müxalifət.az