İsrail prezidentindən Netanyahunun sözlərinə təpki

Baxış sayı:
5110

 İsrailin prezidenti Reuven Rivlin baş nazir Binyamin Netanyahunun “İsrail yalnız yəhudilərin dövlətidir” şəklindəki sözlərinə təpki göstərərək “İsraildə ikinci sinif vətəndaş yoxdur” deyib.
 
Qərbi Qüdsdə məruzəçi kimi iştirak etdiyi bir konfransda, Rivlin ad vermədən Netanyahunu tənqid edib.
Rivlin çıxışında, "İsrail dövlətinin tam mənada yəhudi və demokratik dövlət olduğuna inananlar bütün vətəndaşların İsraildə bərabər hüquqlara malik olduğunu xatırlamalıdırlar. Bu ölkədə birinci dərəcəli, ikinci dərəcəli seçici yoxdur" deyib.
Hər nə qədər Rivlin ad verməsə də İsrail mətbuatı prezidentin bu açıqlaması ilə baş nazir Netanyahunu hədəf aldığını yazıb.
 
 "İSRAİL YALNIZ YƏHUDİLƏRİN DÖVLƏTİDİR" MÜBAHİSƏSİ
 
Qeyd edək ki, İsrailin mədəniyyət və idman naziri Miri Regev ötən həftə yerli bir televiziya kanalında etdiyi açıqlamada, 9 apreldə keçiriləcək seçkidə Netanyahunun ən yaxın əqibi olaraq göstərilən Benny Gantz-Yair Lapidin rəhbərliyindəki "Mavi-Ağ" ittifaqının seçkidə qalib gəldiyi təqdirdə koalisiya hökuməti qurmaq üçün İsrail vətəndaşı fələstinlilərin qurduğu partiyalarla əməkdaşlıq edə biləcəyini iddia edib və bunun İsrail üçün "təhdid" yaratdığını irəli sürmüşdü.
Bundan sonra İsrailli model və aktyor Rotem Sela nazir Regevin sözlərinə təpki göstərərək instagram hesabından yazdığı mesajda, "Səsverməyə gedincə Yəhudilər və Ərəblər hamımız bərabər olacağıq. İsrail Məclisində Yəhudilər də Yəhudi olmayanlar da təmsil olunacaq" deyə qeyd etmişdi.
Baş nazir Netanyahu isə dünən Sela-nın yazdığı mesaja verdiyi cavabda, "Sevgili Rotem, əhəmiyyətli bir düzəliş: İsrail bütün vətəndaşların dövləti deyil. Məclisdən keçirdiyimiz Yəhudi Millət Dövlət Qanununa görə, İsrail təkcə Yəhudilərin milli dövlətidir" deyə yazıb.
Müxalifət.az