İsrail prezidenti hökuməti qurma səlahiyyətini Netanyahuya verib

Baxış sayı:
30391

 İsraildə yeni koalisiya hökumətini qurma vəzifəsi prezident Reuven Rivlin tərəfindən Məclisə girən sağ partiyaların hamısının dəstəyini alan İsrail baş naziri Binyamin Netanyahuya verilib.
 
Rivlin Qərbi Qüdsdəki prezident ofisində Netanyahunu qəbul edib. Prezident Rivlin Məclisə girən bütün sağ partiyaların dəstəyini alan Netanyahuya yeni koalisiya hökumətini qurmağı tapşırıb.
Qeyd edək ki, ölkədə 9 apreldə keçirilən parlament seçkilərində heç bir partiya 120 yerlik parlamentdə təkbaşına hakimiyyətə gəlmək üçün lazımi 61 deputat sayına çatmaması səbəbindən Rivlin, srağagün və dünən Məclisə daxil olan partiyaların nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirmişdi.
Prezident Rivlin bu partiyalara kimin rəhbərliyindəki koalisiya hökumətində yer almaq istədiklərini soruşub.
Yeni parlamentdə cəmi 30 deputatla təmsil ediləcək olan 5 ayrı sağ partiya, Netanyahunun rəhbərliyindəki koalisiya hökumətində yer almaq istədiklərini Rivlin ilə bölüşmüşdü.
Seçkilərdə birinci olan Likud Partiyası 35 deputatla birlikdə sağ partiyaların dəstəyini alan Netanyahu, beləliklə koalisiya hökuməti qurmaq üçün lazım olan 61 nəfərlik baryeri aşıb.
Koalisiya hökuməti qurmaq danışıqlarında hər hansı bir çatışmamazlıq çıxmasa, Netanyahu 5-ci dəfə İsraildə baş nazir postunda əyləşəcək.
İlk dəfə 1996-da baş nazir kreslosuna oturan Netanyahu, 2009-dan bu yana fasiləsiz olaraq bu kreslonu əlində saxlayır.
Müxalifət.az