İsrail polisindən DƏHŞƏTLİ ƏMƏL: Əyləncə üçün fələstinli gənci güllələdi - ANBAAN VİDEO

Baxış sayı:
7528

İsrail polisi heç bir əsas olmadan silahsız fələstinli gənci plastik güllə ilə vurub. independentturkish.com-un xəbərinə görə, İsrail televiziyalarında yayımlanan görüntülərdə polis Fələstin vətəndaşına bölgədən uzaqlaşmasını bildirir. Bunu eşidən gənc iti addımlarla həmin yerdən kənarlaşır. Ancaq polis uzaqlaşan fələstinlini arxadan plastik güllə ilə vurur. Ağrılar içində qıvrılan gənc yerə yıxılır. Yeni ortaya çıxan görüntülərlə bağlı İsrailin Daxili İşlər Nazirliyi həmin polisin vəzifədən uzaqlaşdırıldığını bildirib. Gəncin səhhəti ilə bağlı isə məlumat verilməyib. //yeniavaz.com