​İsrail ordusu çərpələngə görə hücuma keçdi

Baxış sayı:
2446

İsrail ordusu Qəzzanın şərqində əllərində çərpələng yandıran bir qrup gəncə hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, İsrail ordusuna aid hərbi təyyarə Bureyc düşərgəsi yaxınlığındakı əraziyə zərbələr endirib.
Qəzzadakı Səhiyyə Nazirliyi hücum nəticəsində ölü və yaralıların olub-olmaması ilə bağlı hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Təl-Əviv rəhbərliyi fələstinli nümayişçilərin Qəzza sərhədi yaxınlığında yəhudi yaşayış məntəqələrinə yanan çərpələng və helium qazı ilə şişirdilmiş şarlar göndərməsi ucbatından ərazidə tez-tez yanğın baş verdiyini açıqlayıb.