İsrail mətbuatı yazdı: ABŞ İranı əngəlləyəcək

Baxış sayı:
10321

İsrailin “İHLS” xəbər portalı ABŞ Maliyyə Nazirliyinin Rus istehsalı Suxoy Superjet 100 nəfərlik sərnişin təyyarəsinin İrana satışına imkan tanıyan ixracat sertifikatı verməkdən imtina etdiyini irəli sürüb.
 
Xəbərdə, Rus təyyarəsində istifadə edilən detalların 10 faizindən çoxunun ABŞ-da istehsal olunduğu üçün satış müqaviləsinin ABŞ Maliyyə Nazirliyi tərəfindən də təsdiqlənməsi lazım olduğu qeyd edilib.
Xəbərə görə, İran Hava yolları Birliyinin sədri Maqsud Əsədi Samani, "ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlər Nəzarət Dairəsinin (OFAC) lisenziyasının olmadığı üçün təyyarələrin satışının hələlik mümkün olmayacağını demək olar" deyib.
 
'Dəyişiklik çox uzun sürəcək'
 
Samanı, Amerikaya məxsus hissələrin dəyişməsinin də uzun müddət alacağını söyləyib.
Qeyd edək ki, ötən ilin aprel ayının sonlarında Antaliyada təşkil edilən Eurasia Airshow havaçılıq sərgisində Rus Suxoy Mülki Aviasiya Şirkəti ilə İranlı 2 şirkət arasında İrana 40 ədəd Suxoy Superjet 100 sərnişin təyyarəsinin satışı və daşınması istiqamətində memorandum imzalanmışdı.
Rusiyada hazırlanacaq ilk təyyarə olan SSJ-100, uçuş məsafəsi 4400 kilometrdir. 2011-ci ildə istehsalına başlayan təyyarənin sərnişin tutumu 98 nəfərdir.
Müxalifət.az