İsrail mediası general Süleymaniyə sui-qəsd cəhdindən yazdı –KÜVEYT QƏZETİNİN İDDİASI TƏSDİQİNİ TAPIR?

Baxış sayı:
7117

Cek Xuri

“Haaretz” (İsrail), 03.10.2019

İranın İslam İnqiabı Keşikçiləri Korpusu (İİKK) Kəşfiyyat İdarəsinin rəisi, general Qasim Süleymanini öldürmək üçün “İsrail-Ərəb hiyləsi”nin faş edildiyini bildirib.

İran mediasında yer alan məlumatlara görə, İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyin Taib “Sepah” rəhbərliyinin illik toplantısında hiylənin “bir neçə ildir” planlaşdırıldığını söyləyib.

Taib adı açıqlanmayan 3 nəfərin sui-qəsd cəhdinə görə tutulduğunu da gizlətməyib.

“Bu ilin sentyabr ayının əvvəlində başlayan müqəddəs Məhərrəm ayında Kerman vilayətində Süleymaniyə qarşı istifadə etmək üçün təxminən 350-500 kiloqram partlayıcı maddə hazırlanıb”.

O əlavə edib ki, qəsd cəhdi “İran daxilində dini müharibə” yaratmaq niyyəti ilə, İran daxilində güc mübarizəsinin bir hissəsi kimi görünəcək şəkildə planlaşdırılıb.

Taib deyib: “İbrani-ərəb təhlükəsizlik xidmətləri” keçmişdə əsas qvardiya bazalarını hədəf ala bilmədikdən sonra İranın cənub-şərqindəki evinin yaxınlığında Süleymanini öldürmək üçün plan hazırlamaq qərarına gəlib”.

Son aylarda İraqda bir sıra həmlələr İsrailin ayağına yazılıb. Onlardan bəziləri Suriya-İraq sərhədinə, Əlbukamal-Qaim keçidinə yaxın idi. Hücumlarda İranın dəstəklədiyi şiə hərbçiləri və Suriyaya silah qaçaqmalçılığı edən karvanlar hədəf alınıb.

Sentyabr ayında “Qüds” Qüvvələrinin rəhbərlik etdiyi şiə birləşmələrinin İsrail tərəfə keçə bilməyən bir neçə raket atmağa cəhd etdiyi bildirilib. Bu, İsrail ordusunun Süleymaninin Suriyadan İsrailə dron hücum həyata keçirmək planları qurmasına dair açıqlamasından 2 həftə sonra baş verib.

Taib İsrail baş nazir Benyamin Netanyahunun “Hizbullah” lideri Həsən Nəsrullaha “sakitləşməyi” təklif etdiyi avqust açıqlamasına xatırladıb: “İsrail özünü necə qorunmağı və düşmənlərini necə öldürməyi bilir”.

“Sözlərinizə fikir verin və hərəkətlərinizdə daha diqqətli olun”, – deyə Netanyahu Süleymaniyə də xəbərdarlıq etmişdi.

Süleymani İranın ən görkəmli və nüfuzlu hərbi xadimlərindən biridir. İraq, Əfqanıstan və Qafqaz dövlətləri də daxil olmaqla, bir çox ölkədə İranın hərbi fəaliyyətində iştirak edir və İranın ali lideri Əli Xamnəinin ən yaxın adamlardan hesab olunur.

Şiə milisi İran-İraq müharibəsi dövründə elit bir birlik olaraq qurulub. Məqsəd İraq lideri Səddam Hüseynlə mübarizəsində kürdlərə kömək etmək və daha da çox, İslam inqilabının prinsiplərini yaymaq idi. Sonradan o, Livandakı “Hizbullah” kimi İrandan kənarda qüvvələr hazırlamağa və dünyadakı rejim əleyhdarlarına hücumlar etməyə başlayıb.

Küveytin “əl-Cəridə” qəzetinin məlumatına görə, yanvar ayında Vaşinqton İsrailə Süleymaniniyə sui-qəsd etmək üçün yaşıl işıq yandırıb.

Son illərdə İsrailin eksklüziv xəbərlərini “oğurlayan” “əl-Cəridə” Qüdsdəki bir mənbəyə istinadən bildirib ki, Süleymaninin “iki ölkənin bölgədəki maraqlarına təhdid olduğunu” iddia edən “Amerika-İsrail razılaşması mövcuddur”.

Ümumiyyətlə, Ərəb dünyasında bu qəzetin Yaxın Şərqdəki digər ölkələrə mesajlar çatdırmaq üçün İsrail platforması olduğu güman edilir.

Nəşrin məlumatına görə, İsrail və ABŞ arasındakı razılaşma İsrailin generalı öldürmək cəhdinin qarşısını Vaşinqtonun almasından 3il sonra əldə olunub.

Tərcümə: Strateq.az