İsrail Livana müdaxilə edir! Əməliyyat başlatdı

Baxış sayı:
11404

Livanı işğal planı hazırlayan İsrail hazırlığa başlayıb. İsrail ordusu ölkənin şimalında "Hizbullaha məxsus tunellər" olduğunu irəli sürərək bu tunellərdən gələn hücumların qarşısını almaq məqsədilə Livan sərhədində "Şimali Qalxanı" adlı əməliyyat başlayıb.
 
Livan sərhədindəki bəzi ərazilər İsrail Silahlı Qüvvələrinin varlığını gücləndirdiyi hərbi bölgə elan edilib. 100-ə yaxın İsrail tankı da Livan sərhədinə çatıb. İsrail Livandakı bu tunellərdən gələ biləcək mümkün hücumların önünə keçilməsini hədəfləyir.
 
UCU AÇIQ SSENARİ
 
Açıqlamada, "günlərlə" davam edəcəyi qeyd edilən əməliyyatın İsrail ərazisi ilə məhdudlaşacağı dilə gətirilərkən, "Sərhədin o tərəfindən hücumlar üçün qazılan bu tunellər İsrail ordusu tərəfindən fəaliyyətə keçmədən və İsrailli vətəndaşların təhlükəsizliyinə təhdid olmadan əvvəl müəyyən edilmişdir" deyə qeyd edilib. İsrail ordusuna bağlı Şimal Komandanlığının hər cür ssenariyə açıq olduğu dilə gətirilib. İsrailin baş naziri Binyamin Netenyahu noyabrda verdiyi açıqlamada ölkəsinin "İranın Suriya və Livanda olmasını əngəlləməyə qərarlı olduğunu" bildirmişdi.
Qeyd edək ki, Livanın paytaxtı Beyrut və cənubdakı həmsərhəd olan şəhərləri İsrailin hədəfində yer alır. İsrail sentyabrda Hizbullahın Beyrutdakı raket obyektlərinin fotoşəkillərini dərc etdirmişdi.
Müxalifət.az