​İsrail Livana müdaxilə edə bilər

Baxış sayı:
6898

İrandan silah axını ilə bağlı dəhliz yaranarsa, Livana girmək məcburiyyətində qala bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri adı açıqlanmayan İsraildən olan rəsmi şəxs “Şimal qalxanı” əməliyyatı ilə bağlı açıqlamasında deyib.
“Əgər İrandan Livana silah dəhlizi varsa, bu ciddi məsələdir. Belə olan halda, Livana müdaxilə edə bilərik”, - deyə bildirilib.
Adı açıqlanmayan şəxs qeyd edib ki, Livandan İsrailə kimi geniş və böyük tunellər uzanır:
"Bu tunellər müəyyən qüvvələrin İsrailə keçirərək burada qətliamlar törətmək, qaçırmaq cəhdləri etmək, kəndləri ələ keçirmək kimi təyinatlar üçün istifadə edilə bilər".