İsrail “KÜRDÜSTANA KÖÇ” PLANINI BAŞLATDI

Bərzaninin qanunsuz referendumundan sonra İsrail bölgəyə köçürmələrə başladı.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İKBY-də Türkiyə prezidentinin İran səfərindən sonra bir hərəkətlilik vardır və İsrail təcili qaydada Ərbilə köçürmələrə başlayıb.
Məlumata əsasən Ərbilə 2 min İsrailli gətirildi. Yekun planda İsrail 400 min nəfəri Şimali İraqda yerləşdirmək fikrindədir.
Bərzani-İsrail-ABŞ ittifaqı tərəfindən həm PKK, həm də İŞİD-in əli ilə boşaldılan əraziləri xaricdən gətirilənlərlə doldururlar.
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) ərazisinə daşınacaq şəxslər üçün əvvəlcədən Duhok, Süleymaniyyə, Mosul, Kərkük, Ərbil, Zaho və Sincarda Yəhudi məhəllələri təsis edilib. Kərkük Mədəniyyət Dərnəyinin başçısı Dr. Şəmsəddin Küzeci regional işğal və sonra dəyişdirilməyə çalışılan demoqrafik struktur çərçivəsində qaranlıq planın tətbiq edilməyə başlandığını deyib.
Küzeci İsrail tərəfindən 25 sentyabrdan sonra 2 min insanın Ərbilə gətirildiyini bildirərək, Türkmən və Ərəblərdən qəsb edilen bölgələrə daha 400 min insanın gətiriləcəyi məlumatını verib.
 
 SƏRHƏD XƏTTİNƏ 70 MİN NƏFƏR
 
Plan çərçivəsində Türkiyə ilə sərhəd xəttinə 70 min İsrailli yerləşdirəcəklərini deyən Küzeci, yaşadıqları yerdən qovulan Türkmən və Ərəblərin evlərinə dönməsinə bu məqsədlə icazə verilmədiyini bildirib.
Yəhudilərin regiona yerləşməsi üçün xüsusi bəhanələrin hazırlandığını söyləyən Küzecinin bildirdiyinə görə, 1940  və sonrakı illərdə mühacirət edənlərin geriyə qayıdacağı haqda təbliğat aparılır və bu yöndə saxta şəxsiyyət və ev sənədləri təşkil olunur. Bununla da ərazilərin işğalına hüquqi zəmin hazırlanır.
 
Türklərin BAŞİKAdakı bazasını Mossada vermək istəyirlər
 
Mosula 23 kilometr uzaqlıqdakı Türklərin yerləşdiyi Başika bazasının boşaldılaraq Mossad Kəşfiyyat Xidmətinə təhvil verilməsi artıq Bərzani-ABŞ-İsrail arasında razılaşdırılıb və tezliklə bu istiqamətdə təzyiqlərə başlanacaq.
 Küzecinin bildirdiyinə görə, Başika planı çərçivəsində bölgədəki Ərəb və Türkmən vətəndaşların qovulması prosesi davam edəcək, həmçinin İsrail gizli xidməti Başikaya dinləmə stansiyası qurmaqla regionda nəhəng bir Peşmərgə təlim şəhərciyi qurulacaq.
Unutmayaq ki saxta referendum Kərkük mərkəzli bir terror dövlətinin qurulmasına xidmət edir ki, bu layihənin də regiondakı əsas koordinatoru Bərzani sayılır. Və məhz bu şəxs referendum prosesində İsraildə yaşayan 200 min nəfərin İraqın şimalına qayıtması barədə müraciət etmişdi.
Müxalifət.az