İsrail İŞİD-çilərə pul və silah verib - TƏSDİQLƏNDİ

Baxış sayı:
3013

İsrail ordusunun yüksək səviyyəli rəsmilərinin jurnalistlərə verdikləri brifinqdə Suriyadakı İŞİD terrorçularına hərbi dəstək verdiklərini rəsmən təsdiqlədiyi ortaya çıxıb.
 
“JERUSALEM POST” TƏSDİQLƏDİ
 
İsrailin hökumət tərəfdarı qəzeti “Jerusalem Post”, dünən axşam saatlarında saytından “Ordu təsdiq etdi: İsrail, Suriyalı üsyançılara silah verib” başlıqlı xəbər yayıb.
Ancaq digər İsrail qəzetləri heç bir şəkildə məsələyə münasibət bildirməyib. “Jerusalem Post” da bir müddət sonra xəbəri saytından qaldırıb.
 
“Jerusalem Post”-un xəbərində Əsədin davamlı olaraq İsraili terror təşkilatlarına silah verməklə günahlandırdığı və ələ keçirilən İbrani yazılı silahlarla sursatların görüntülərini dərc etdiyi xatırladılıb.
“İsrail ordusu Holan Təpələrindəki Suriyalı üsyançılara böyük miqdarda nağd pul, silah və hərbi texnika verdiyini ilk dəfə qəbul edib” vurğusu edilən xəbərdə belə deyilib:
“Suriya vətəndaş müharibəsinə müdaxilə etmədiyi açıqlamalarını davam etdirən İsrail ordusu, bazar ertəsi keçirdiyi brifinqdə, “Yaxşı Qonşu” Əməliyyatı çərçivəsində sərhədlərə yaxın Suriyalı üsyançılara mütəmadi olaraq yüngül silah və sursat və əlavə silah satın almaq üçün nağd pul tədarükü etdiyini təsdiq edib.
 
XƏBƏR YAYIMDAN QALDIRILDI
 
İsrailin İŞİD-ə silah və hərbi dəstək verdiyi illərdir dilə gətirilən bir iddiadır. İsrail ordusunun bir brifinqdə ilk dəfə bu iddianı etiraf etdiyinə dair məlumat, daha sonra “Jerusalem Post” qəzetinin saytından götürülüb.

Müxalifət.az