​İsrail İranı HƏDƏF ALDI – “İpiniz bizdədir...”

Baxış sayı:
6541

Benyamin Netanyahunun bu açıqlaması mənasız uşaq şousudur.
Muxalifet.az İSNA-ya istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər nazirinin müavini Abbas Araçki İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramını davam etdirməsini əks etdirən sənədlərə sahib olmaları ilə bağlı açıqlamasına cavabında deyib. O deyib ki, Netanyahu şou göstərir:
“Onun bütün etdikləri bizim artıq uzun illərdir müşahidə etdiyimiz mənasız uşaq şoularıdır. Bu bəyanat mənasızdır: İran bu qədər vacib sənədləri baxımsız sənaye ambarında necə saxlaya bilər?”
O deyib ki, Netanyahunun bu teatrı göstərmək üçün 10 gün – Trampın qərarına qədər gözləməsi sübut edir ki, bu tamaşada hamının iştirakında maraqlıdırlar, İsrail isə öz rolunu səhnədə yüksək səviyyədə oynayır.
Qeyd edək ki, birinci gün Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının Şimali Koreya üçün siqnal olacağını bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu isə əlində İranın nüvə razılaşmasının şərtlərini pozan və nüvə əldə etməsi üçün hazırlığı davam etdirən gizli sənədlər olduğunu bəyan edib.