​İsrail İrana müharibə elan etməyə hazırlaşır – PARLAMENT TƏSDİQLƏDİ

Baxış sayı:
6004

İsrail Parlamenti Baş Nazir Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Knessttdə qəbul edilən qanuna əsasən, artıq bu iki şəxs fövqəladə hallarda hökumətdən razılıq almadan müharibə elan edə biləcək.
Qanun səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki. səsvermədən əvvəl İsrail kəşfiyyatı İranın nüvə silahı istehsal etmək üçün gizli bir proqram üzərində işlədiyinə dair dəlillər əldə etdiyini irəli sürmüşdü. Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.