İsrail İran hədəflərinə havadan hücum etdi

Baxış sayı:
7663

İsrail ordusu Suriyadakı İrana aid hədəflərə havadan hücum təşkil edib. Əsəd rejimi İsrailin qurudan və havadan keçirdiyi raket hücumunu dəf edərək çox sayda raketi məhv edib.
 
Məlumata görə, İsrail ordusu Suriya ərazisindəki İran İnqilab Qvardiyasına bağlı xüsusi qüvvə olan Feylak el-Kudüs-ə aid hədəflərə hava hücumu təşkil edib.
Ordu tərəfindən verilən yazılı açıqlamada, "İsrail müdafiə ordusu bu an etibarilə Suriyadakı Feylak el-Kudüs-ə aid hədəfləri vurur" deyə qeyd olunub.
Açıqlamada, Suriya rejimi İsrail torpaqlarını ya da qüvvələrini hədəf alacağı ilə bağlı xəbərdar edildikləri də bildirilib.
Digər tərəfdən, Suriya informasiya agentliyi SANA hərbi rəhbərliyə əsaslandırdığı xəbərdə, İsrailin qurudan və havadan idarə olunan raketlərlə Suriya torpaqlarına hücum etdiyi, Suriya hava müdafiə sistemlərinin hücumu dəf etdiyi və raketlərin çoxunu hədəfinə çatmadan məhv etdiyi qeyd edilib.
Müxalifət.az