​İsrail İordaniya ilə sərhəddə divar tikintisini YEKUNLAŞDIRDI

Baxış sayı:
5131

İsrail İordaniya ilə sərhəddə müdafiə divarının strateji sahəsinin tikintisini başa çatdırıb.
Trend-in məlumatına görə, divar Eylat şəhəri yaxınlığında "Ramon" beynəlxalq aeroportunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə ucaldılıb.
Bildirilir ki, hündürlüyü 26 metr təşkil edən divarın uzunluğu 46 km-dir.
=Qeyd olunur ki, divar sadəcə sədd rolunu oynamayacaq. Belə ki, divar raketləri müəyyən etmək üçün xüsusi müasir texnologiyalar, silahlılar tərəfindən mümkün raket zərbələrinə cavab verə biləcək hərbi qurğularla təchiz edilib.