İsrail indi də İraqı hədələdi: HƏR AN VURA BİLƏRİK

Baxış sayı:
6724

İsrailİN Müdafiə Nazirliyi, bu gün etdiyi açıqlamada, İraqdakı İran hədəflərini vuracağını vurğulayıb.
 
Daha əvvəl Suriyadakı İran hədəflərini vuran İsrailin müdafiə naziri Aviqdor Liberman, "Suriyada olan hər şeyi diqqətlə müşahidə edirik. İran hədəfləri mövzusunda da, özümüzü yalnız Suriya ərazisilə məhdudlaşdırmırıq. Bu da çox açıqdır. Haradan gəlirsə gəlsin, hər hansı bir İran təhdidinə cavab verəcəyik" deyib.
 
İRANIN İRAQDA RAKETLƏRİ YERLƏŞDİRDİYİ İDDİASI
 
“Reuters” xəbər agentliyinin cümə günkü xüsusi xəbərinə görə, Tehran rəhbərliyi İraqdakı Şiə müttəfiqlərinə onlarca raket transfer edib. Mənzili 700 kilometr ollan raketlər, İraqın qərbi və ya cənubuna yerləşdirildiyi təqdirdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivi vurmaq gücünə malikdir. İran İnqilab Mühafizəçilərinin Yaxın Şərqə göndərdiyi Qüds Qüvvələrinin, İraqın həm cənubunda, həm də qərbində bazaları var.
 
 İRAQ: BU İDDİANI TƏSDİQLƏYƏCƏK SÜBUTUMUZ YOXDUR
 
Qeyd edək ki, iddialara cavab verən İraq Xarici İşlər Nazirliyi isə İranın Haşdi Şabiyə ballistik raket verildiyi iddialarının mediada dolaşdığını və bunu təsdiq edəcək bir dəlilin olmadığını açıqlamışdı.
Müxalifət.az