İsrail hücum etdi, İran açıqladı: "İsraili məğlub etməyi səbrsizliklə gözləyirik"

Baxış sayı:
9859

İsrail ordusu gecə yarısında İran hədəflərinin Suriyada vurulduğunu açıqlayıb. Döyüş təyyarələri bazar ertəsi günün ilk saatlarında İrana məxsus Qüds qüvvələrinin mövqelərini hədəf alıblar.
 
Suriyanın rəsmi mətbuatı hava müdafiə sistemi tərəfindən hücumun dəf edildiyi və İsrail raketlərinin zərərsizləşdirildiyini açıqlayıb.
Ən diqqətə layiq açıqlama isə Rusiyadan verilib. Bəşər Əsədin müttəfiqi olan Rusiya, İsrail hücumlarında dörd Suriyalı əsgərin öldürüldüyü açıqlanıb. Rusiya Müdafiə Nazirliyi 30 İsrail raketlərinin hava müdafiə sistemi tərəfindən vurulduğunu bəyan edib.
Moskvadan verilən məlumata görə, Dəməşqin cənubundakı bir hava limanı İsrail təyyarələri tərəfindən vurulub. Hücumda 6 əsgər yaralanıb.
 
İran Hava Qüvvələri: İsraili məğlub etməyi səbrsizliklə gözləyirik
 
İran Hava Qüvvələri isə İsrail ilə döyüşməyi səbirsizliklə gözlədiklərini açıqlayıb. Hava Qüvvələrinin komandiri, "Biz İsraili məğlub etməyi səbrsizliklə gözləyirik" deyib.

Müxalifət.az