İsrail hərbi bazası və texnikası raketlə vuruldu - Gərginlik

Baxış sayı:
9874

İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb.Axar.az xəbər verir ki, Hizbullah qruplaşması da İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu bildirib.

Məlumata görə, İsrail hərbçiləri hücumdan sonra Livanın cənubundakı hədəflərə cavab zərbəsi endirib.

Qeyd edək ki, bir qədər əvvəl İsrail PUA-ları Livanla sərhədə yandırıcı bombalar atıblar.